Dəmir yumruq » Siyasət » İlham Əliyev onları təbrik etdi
Siyasət / 1-07-2026, 09:31

İlham Əliyev onları təbrik etdi

 

Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Həsən Şeyx Mahmuda təbrik məktubu ünvanlayıb.


Demiryumruq.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Somali əlaqələri inkişaf edir və genişlənir. İnanıram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin potensialından tam istifadə olunması və əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.