Dəmir yumruq » Siyasət » Baş nazir Həştərxan vilayətinin vitse-qubernatoru-Hökumətinin sədri ilə görüşdü
Siyasət / Manşet / Bugün, 10:32

Baş nazir Həştərxan vilayətinin vitse-qubernatoru-Hökumətinin sədri ilə görüşdü

 

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb.
 
Demiryumruq.az xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.
 
Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.
 
Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi ayrıca qeyd olunub.
 
Görüş əsnasında, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.