Dəmir yumruq » Siyasət » Prezident paraqvaylı həmkarını təbrik etdi
Siyasət / 14-05-2026, 09:20

Prezident paraqvaylı həmkarını təbrik etdi

 

Prezident İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyanı təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.