Dəmir yumruq » Siyasət » Azərbaycanlı ekspertlər İrəvana gediblər
Siyasət / Bugün, 11:40

Azərbaycanlı ekspertlər İrəvana gediblər

 

Azərbaycanlı ekspertlər İrəvanda keçirilən "İrəvan dialoqu – 2026" beynəlxalq konfransında iştirak etmək üçün Ermənistan paytaxtına səfər ediblər.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
 
Məlumata görə, beynəlxalq tədbirdə azərbaycanlı politoloqlar Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev iştirak edəcəklər.
 
Hər üç ekspert "Sülh körpüsü" (Bridge of Peace) təşəbbüsünün iştirakçılarıdır.
 
Konfrans çərçivəsində regional təhlükəsizlik, əməkdaşlıq perspektivləri və sülh quruculuğu prosesləri ətrafında müzakirələrin aparılması planlaşdırılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.