Dəmir yumruq » Siyasət » İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi
Siyasət / Bugün, 10:01

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

 

Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən atışma məni dərindən sarsıdıb.

Demiryumruq.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev X sosial şəbəkə hesabında paylaşım edib.

"Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram", - Prezident bildirib.

Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.