Dəmir yumruq » Siyasət » Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovdan maraqlı cavab
Siyasət / Bugün, 11:00

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovdan maraqlı cavab

 “Biznes imperiyası” ilə gündəmə gələn Baş nazir Əli Əsədov barədə müzakirələr davam edir. Yaxın zamanda vəzifəsindən azad ediləcəyi deyilən Ə.Əsədovun 2020-ci ildə keçmiş xarici işlər naziri Elmar Məmmədyarov barəsində məruzəsi yenidən müzakirə obyektinə çevrilib. Baş nazirin məruzəsindən sonra bu günə qədər Elmar Məmmədyarov “evdən işlədiyi” üçün vəzifəsinin öhdəsindən gələ bilməyən məmur kimi xatırlanırdısa, indi Baş nazir özü tənqid hədəfinə çevrilib.

Demiryumruq.az xəbər verir ki, Pravda.az bu barədə E.Məmmədyarovun fikirlərini öyrənməyə çalışıb.
Sabiq xarici işlər naziri Baş nazir barədə yazılanlarla bağlı suala gülərək belə cavab verib: ““Euronews”da yazırlar ki, “no comment”. Yazın, Elmar müəllimə sual verdik, “Euronews” kimi dedi ki, “no comment...””
Xatırladaq ki, Əli Əsədov 2019-cu ildən Baş nazir vəzifəsindədir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.