Dəmir yumruq » Siyasət » Erməni biznesmenlər Rusiyanın sanksiyalarından qorxur
Siyasət / Bugün, 09:54

Erməni biznesmenlər Rusiyanın sanksiyalarından qorxur

 

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın mümkün iqtisadi məhdudiyyətləri fonunda ölkənin aparıcı biznes nümayəndələri ilə görüş keçirib.

Demiryumruq.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Məlumata görə, Paşinyan sahibkarları yaranmış vəziyyətin yaxın zamanda həll olunacağına inandırmağa çalışıb.

O, həmçinin Ermənistanın xarici siyasəti səbəbindən biznes sektoruna dəyə biləcək potensial zərərlə bağlı narazılıqların qarşısını almağa cəhd edib.

Bununla belə, nəşr qeyd edir ki, görüş iştirakçılarının bir qismi hökumətin mövcud siyasəti ilə razılaşmadıqlarını açıq şəkildə ifadə ediblər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.