Dəmir yumruq » Siyasət » Litvanın baş naziri Bakıda şəhidlərin xatirəsini andı
Siyasət / Bugün, 10:04

Litvanın baş naziri Bakıda şəhidlərin xatirəsini andı

 

Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene Şəhidlər xiyabanını ziyarət edib.

Demiryumruq.az xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.