Dəmir yumruq » Siyasət » Prezident həmkarını təbrik etdi
Siyasət / 25-03-2026, 08:27

Prezident həmkarını təbrik etdi

 

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Konstantinos Tasoulasa məktub ünvanlayıb. 

Demiryumruq.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram”.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.