Dəmir yumruq » Siyasət » Azərbaycan Xəzərdən cəbhə xəttinə çevrilib-TƏHLÜKƏ
Siyasət / Bugün, 08:25

Azərbaycan Xəzərdən cəbhə xəttinə çevrilib-TƏHLÜKƏ

 “Yaxın Şərq münaqişəsinin coğrafiyası genişlənməkdə davam edir. Martın 22-də İranın əsas Xəzər limanlarından biri olan Bəndər Ənzəli ABŞ və İsrailin raket zərbəsinə məruz qalıb. Bu hücumlar Xəzər bölgəsindəki ölkələrdə ciddi narahatlıq yaradır.”

Musavat.com xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazır. Politoloq Sultan Akimbekovun nəşrə dediyinə İrana yanacaq daşıyan Rusiya tankerləri potensial zərbə zonasındadır. Xəzər dənizinin qapalı təbiəti nəzərə alınmaqla, belə bir gəmi ilə bağlı hər hansı bir hadisə fəlakətə səbəb ola bilər. "Tanker vurularsa, bu, ciddi bir problem olacaq. Xəzərdə bir neçə min ton yanacağın dağılması sahillərimizə çatacaq və ətraf mühitə düzəlməz ziyan vuracaq", Akimbekov qeyd edir.

MGIMO Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı Aleksandr Knyazev də nikbin deyil. O da deyib ki, İsrailin İranın Ənzəli limanına hücumundan sonra Xəzər bölgəsi hərbi əməliyyat meydanına çevrilib və bütün Xəzəryanı dövlətlər cəbhə xəttindəki dövlətlərə çevrilir". Politoloqun dediyinə görə, bu vəziyyət ABŞ-nin maraqları ilə ziddiyyət yaradır: “Azərbaycanın müharibəyə cəlb edilməsi təkcə "Tramp marşrutuna" deyil, həm də Xəzər dənizi vasitəsilə sabit əlaqələri nəzərdə tutan "Orta Dəhliz" ideyasına son qoyar. ABŞ-nin Qafqazdakı əsas planları bu dəhlizlə bağlıdır. İsrailin neft idxalının demək olar ki, yarısını Azərbaycandan daşıyan BTC (Bakı-Tbilisi-Ceyhan) neft kəməri ilə bağlı da suallar yaranır".

Ekspert deyir ki, Xəzərdə nəqliyyat dəhlizləri dayandırılıb və bu fasilə uzun müddətli ola bilər. Pakistan qüvvələrinin Əfqanıstana davam edən hücumları səbəbindən cənuba gedən bütün trans-Əfqan marşrutları, həm enerji, həm də nəqliyyat dayandırılıb. Beləliklə, Mərkəzi Asiya ölkələrinin ənənəvi ticarət marşrutu istiqamətlərini qorumağı düşünməsinin vaxtıdır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.