Dəmir yumruq » Siyasət » Rza Pəhləvidən Trampla Netanyahuya ÇAĞIRIŞ
Siyasət / Bugün, 08:19

Rza Pəhləvidən Trampla Netanyahuya ÇAĞIRIŞ

 

İranın sonuncu şahının Amerikada yaşayan oğlu Rza Pəhləvi ABŞ və İsrail rəhbərliyinə müraciət edib.

Demiryumruq.az xəbər verir ki, Rza Pəhləvi İrandakı rejimin yıxılmasına çağırış edib.

“Mən Prezident Trampı və Baş nazir Netanyahunu rejimi və onun repressiya aparatını hədəf almağa davam etməyə, eyni zamanda xalqımızın ölkəni yenidən qurmaq üçün ehtiyac duyduğu İranın həyati əhəmiyyətli mülki infrastrukturunu qorumağa çağırıram.

Amerika Birləşmiş Ştatları və İsrailin dəstəyi ilə və ən əsası, vətənpərvər iranlıların sayəsində İranın azadlıq anı yaxınlaşır”, – Rza Pəhləvi deyib.

O, İrandakı rejimi “repressiya və terror maşını” adlandırıb.

“İran qorunmalıdır; İslam Respublikası məhv edilməlidir”, – Rza Pəhləvi vurğulayıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.