Dəmir yumruq » Siyasət » Fidan və Lavrov Ukraynanı müzakirə etdi
Siyasət / Bugün, 16:48

Fidan və Lavrov Ukraynanı müzakirə etdi

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
 
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə XİN rəhbəri Ukraynadakı müharibənin sona çatdırılması üçün danışıqlara qayıdılmasının vacibliyini vurğulayıb və Türkiyənin yeni danışıqlar mərhələsinə ev sahibliyi etməyə hazır olduğunu bir daha söyləyib.
 
H.Fidan qeyd edib ki, münaqişənin uzanması həm region ölkələri, həm də beynəlxalq nizam üçün ciddi risklər yaradır.
 
Telefon danışığı zamanı, həmçinin müharibənin qlobal təsirlərindən biri olan enerji təhlükəsizliyi məsələləri də dəyərləndirilib. Nazirlər enerji təchizatının təhlükəsizliyi ilə bağlı əməkdaşlıq və dialoq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.