Dəmir yumruq » Siyasət » "İslamın yanlış təqdim olunması və ya damğalanması qəbuledilməzdir”
Siyasət / Bugün, 17:37

"İslamın yanlış təqdim olunması və ya damğalanması qəbuledilməzdir”

 

İslamofobiya bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır.
Demiryumruq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziriyinin “X” hesabında paylaşım edilib.
 
“İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc birgəyaşayışa sadiqliyimizi bir daha təsdiqləyirik. İslamofobiya, insanların dini inanclarına görə ayrı-seçkiliyə məruz qalması və onlara qarşı nifrət insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır:
 
“Belə qərəzli yanaşmaların cəmiyyətlərimizdə yeri yoxdur. İslam sülh, mərhəmət, ədalət və həmrəylik kimi dəyərlərə əsaslanır. İslamın yanlış təqdim olunması və ya damğalanması qəbuledilməzdir. Dözümsüzlüyün bütün formaları ilə mübarizə aparmaq inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün vacib olaraq qalır”, - deyə paylaşımda vurğulanıb. 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.