Dəmir yumruq » Siyasət » Naxçıvana hücum: Sudan lideri Əliyevə məktub ünvanladı
Siyasət / Bugün, 08:38

Naxçıvana hücum: Sudan lideri Əliyevə məktub ünvanladı

 

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Demiryumruq.az məktubun mətnini təqdim edir:

"Zati-aliləri.

Azərbaycan ərazisinin İran ərazisindən pilotsuz uçuş aparatları ilə hədəfə alınması və bunun nəticəsində hava məkanınızın pozulması barədə xəbərləri narahatlıqla izlədik. Bu, beynəlxalq hüququn prinsiplərinin və dövlətlərin suverenliyinə hörmət qaydalarının açıq şəkildə pozulmasıdır.

Sudan Respublikasının rəhbərliyi, hökuməti və xalqı adından qardaş Azərbaycan Respublikası ilə tam həmrəyliyimizi ifadə edir, ölkənizin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığınız bütün qanuni addımları dəstəklədiyimizi bildiririk.

Uca Allahdan Azərbaycan Respublikasını qorumasını, ona təhlükəsizlik və sabitlik bəxş etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımızı və hörmətimizi bildiririk".


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.