Dəmir yumruq » Siyasət » Makron Əliyevə zəng etdi: İranın Azərbaycana hücumu...
Siyasət / Manşet / Dün, 17:54

Makron Əliyevə zəng etdi: İranın Azərbaycana hücumu...

 

Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
Fransa Prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib.
 
Emmanuel Makron həmçinin İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
 
Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.
 
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.