Dəmir yumruq » Siyasət » Pezeşkian üzr istəsə də, İran qonşularını bombalamağa davam edir
Siyasət / Bugün, 10:13

Pezeşkian üzr istəsə də, İran qonşularını bombalamağa davam edir

 

Prezident Məsud Pezeşkian xalqa müraciətində qonşu ölkələrə zərbələrə görə üzr istəsə də, İran hücumlarını davam etdirir.

Demiryumruq.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkyan qonşu ölkələri ABŞ və İsrailin əlində "oyuncaq"a çevrilməməyə və ortaya çıxan fikir ayrılıqlarını birgə həll etməyə çağırmışdı. O, həmçinin hücuma məruz qalan qonşu dövlətlərdən üzr istəmiş və Tehranın regiondakı ölkələrə hücum etmək niyyətində olmadığına əminlik ifad etmişdi.

İran Prezidentinin sözlərinə baxmayaraq, hazırda İran qonşu ölkələrə hücumlarını davam etdirir. Belə ki, onun çıxışıın dərc olunmasından sonra rəsmi Tehran Birləmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə hücum edib, nəticədə şəhər aeroportu fəaliyyətini dayandırıb. Bundan başqa, Bəhreyn və Qətərə də raket hücumlarının gerçəkləşdiyi, hava hücumundan müdafiə sistemlərinin İranın raket və PUA hücumunu dəf etdiyi bildirilir. 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.