Dəmir yumruq » Siyasət » Əli Əsədovla Cevdet Yılmaz bölgədəki vəziyyəti müzakirə etdi
Siyasət / Bugün, 11:13

Əli Əsədovla Cevdet Yılmaz bölgədəki vəziyyəti müzakirə etdi

 

Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.
 
Demiryumruq.az xəbər verir ki, telefon danışığı əsnasında İran İslam Respublikası tərəfindən martın 5-də Azərbaycana qarşı dron hücumları ilə bağlı kəskin etiraz bildirilib, bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb. 
 
Ə.Əsədov bildirib ki, ölkəmizə qarşı dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb, bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.
 
Hadisədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək dərhal Azərbaycan xalqına dəstəyini ifadə etməsinin iki ölkə arasında mövcud olan sarsılmaz qardaşlıq və həmrəyliyin bariz təzahürü olduğu vurğulanıb. 
 
Ə.Əsədov yaranmış vəziyyətlə bağlı Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərin təhlükəsizliyini təmin etmək məqsədilə uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunması ilə bağlı göstərilən operativ dəstəyə görə qardaş Türkiyə tərəfinə təşəkkür edib.
 
Telefon danışığı zamanı həmçinin mövcud vəziyyətdən irəli gələrək gündəlikdə duran aktual məsələlər müzakirə olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.