Demiryumruq.az ajansaz-a istinadən xəbər verir ki, bu barədə “The Atlantic” qəzeti ABŞ liderinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Daha əvvəl Donald Tramp ABŞ-ın Kubanı “dostcasına ələ keçirə” biləcəyini bildirmişdi. O, əlavə etmişdi ki, Havana Vaşinqtonla danışıqlar aparır.
ABŞ prezidenti Kubanı, yumşaq desək, “uğursuz ölkə” adlandırıb.“Dövlət katibi Marko Rubio bu məsələ ilə çox yüksək səviyyədə məşğul olur. Və bilirsiniz ki, onların pulu, nefti, yeməyi yoxdur. Hal-hazırda millət həqiqətən də çətin vəziyyətdədir və onların bizim köməyimizə ehtiyacı var”, – deyə Tramp Kuba haqqında bildirib.