Dəmir yumruq » Siyasət » Zəngəzur dəhlizi yeni imkanlar yaradır - Hikmət Hacıyev
Siyasət / 16-02-2026, 11:39

Zəngəzur dəhlizi yeni imkanlar yaradır - Hikmət Hacıyev

 

Azərbaycan Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Serbiyanın interregional əməkdaşlığı ilə bağlı paylaşım edib.
 
Demiryumruq.az xəbər verir ki, diplomat bu barədə X sosial media hesabında yazıb.
 
“Azərbaycan və Serbiya strateji tərəfdaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda da mühüm rol oynayırlar – Azərbaycan Cənubi Qafqazda/daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşir.
 
Zəngəzur Dəhlizi/TRIPP təşəbbüsü Daha Geniş Xəzər/Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqəliliyin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır”, - o bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.