Dəmir yumruq » Siyasət » Türkiyədən açıqlama: Ərdoğanın Ermənistanla bağlı sərəncamı saxtadır
Siyasət / 27-01-2026, 08:00

Türkiyədən açıqlama: Ərdoğanın Ermənistanla bağlı sərəncamı saxtadır

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adından saxta məlumat yayılıb. 

Demiryumruq.az xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzin rəsmi məlumat yayıb.

"Bəzi kütləvi informasiya vasitələrində və sosial media platformalarında “Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ölən hərbçilərin ailələrinə və cəmiyyətin yardıma ehtiyacı olan təbəqələrinə 10 milyon ABŞ dolları məbləğində maddi yardım göstərilməsi barədə sərəncam imzaladığı” ilə bağlı yayılan iddialar tamamilə əsassızdır", - deyə açıqlamada deyilir.

İctimaiyyətdən xahiş olunub ki, Türkiyəni və Azərbaycan-Türkiyə münasibətlərini hədəf alan bu cür dezinformasiyalara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən yayılan açıqlamalara istinad etməsi xüsusilə vacibdir.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.