Dəmir yumruq » Siyasət » Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama GÖZLƏNİLİR
Siyasət / Bugün, 09:18

Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama GÖZLƏNİLİR

 

Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama gözlənilir. 

Demiryumruq.az xəbər verir ki, Ermənistan Xarii İşlər Nazirliyinin yaydığı açıqlama görə, bu gün ölkənin XİN başçısı Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüşəcək. 

Görüşdə Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi çərçivəsində birgə bəyanat yayımlanacaq.

Xatırladaq ki, Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə Ermənistan ərazisindən birləşdirən nəqliyyat (avtomobil və dəmiryolu) dəhlizidir. Dəhliz eyni zamanda Azərbaycanı Türkiyə və Avropa ilə birbaşa quru yol ilə bağlayan strateji layihədir. 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.