Dəmir yumruq » Siyasət » Bakıda iclas: Pezeşkianın qızı da iştirak edir
Siyasət / Bugün, 09:00

Bakıda iclas: Pezeşkianın qızı da iştirak edir

 

Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir.

Demiryurmuq.az xəbər verir ki, məqsəd tərəfdaş ölkələrin rəsmi nümayəndələrini bir araya gətirərək rəqəmsal mühitdə, o cümlədən süni intellekt sahəsində uşaqların hüquqlarının qorunması ilə bağlı mövcud problemləri və çağırışları müzakirə etmək, uşaqların zərərli məlumatlardan qorunması sahəsində təcrübə mübadiləsi təşkil etmək, bu istiqamətdə qlobal və regional əməkdaşlıq imkanlarını gücləndirməkdir.

Konfransda İran nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian (Məsud Pezeşkianın qızı), həmçinin Türkiyə, Mərakeş, Qətər və Şimali Kiprdən olan rəsmi şəxslər və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri (BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) sədri, İCESKO-nun Baş direktorunun müşaviri) çıxış edəcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.