Dəmir yumruq » Siyasət » Milli Məclis Prezidenti TƏBRİK ETDİ
Siyasət / Bugün, 08:25

Milli Məclis Prezidenti TƏBRİK ETDİ

 

Möhtərəm İlham Əliyev fəaliyyəti, əhəmiyyəti və təsiri baxımından milli tariximizdə müstəsna yerə malik olan siyasi və dövlət xadimidir. Eyni zamanda, o, dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir.

Demiryumruq.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında spikeri Sahibə Qafarova deyib. 

Spiker bildirib ki, müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə mühüm rol oynayan güclü bir dövlətə çevrilməsi Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Möhtərəm Prezidentin fenomenal liderlik qabiliyyəti, strateji baxışı, qətiyyəti və cəsarəti sayəsində Azərbaycan sabitliyin və qürurun məkanına çevrilmiş, dövlətimiz keyfiyyətcə yeni bir səviyyəyə yüksəlmişdir.

“Son 22 ildə Möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji xətt, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinə və yeni dövrün tələblərinə uyğunlaşdırılmasına imkan yaratmışdır.

İlham Əliyevin dövlət maraqlarımızın müdafiəsində prinsipial, qətiyyətli və ardıcıl fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırmış, ölkəmizi qlobal miqyasda etibarlı tərəfdaşa çevirmişdir”.

Spiker doğum günü münasibəti ilə Prezidentə təbrik məktubu ünvanlamağı təklif edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.