Xəbər lenti
Dəmir yumruq » Siyasət » Bu qətnamə Azərbaycanla Ermənistan arasında sülh gündəliyini hədəfə alıb
Siyasət / 19-12-2025, 09:21

Bu qətnamə Azərbaycanla Ermənistan arasında sülh gündəliyini hədəfə alıb

 

Milli Məclisin iclasında çıxış edən deputat Ceyhun Məmmədov bildirib ki, biz növbəti dəfə erməni lobbisinin təmsilçisinə çevrilən Avropa İttifaqının ölkəmizə qarşı qərəzli yanaşmasının şahidiyik.

Musavat.com xəbər verir ki, deputat deyib:

“Çox təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verməsi ənənə halını alıb. Burada bir məqsəd var, o da Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizlik prosesinə mane olmaqdır”.

ceyhun.jpg (76 KB)

Ceyhun Məmmədovun fikrincə, görünür, Prezident İlham Əliyevin rəhbərliyi, dünyada artan nüfuzu onları ciddi narahat edir:

“Münaqişənin tənzimlənməsinə real töhfə verməyən Avropa İttifaqı bölgəmizə sülhün gəlməsinə mane olmaq yolu seçib. Biz bu qərəz və ədalətsizliyi bir müddət bundan əvvəl Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə də gördük. Bu sənəd postmünaqişə dövründə reallıqları təhrif etməklə yanaşı, bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyini hədəfə alıb”.

Deputat qeyd edib ki, Ermənistanda davamlı şəkildə həbslər həyata keçirilir:

“Əvvəlki hakimiyyətdə təmsil olunan bir çox siyasi xadimlərə qarşı həbslər və təqiblər həyata keçirilib. Niyə bunu pisləyib bir bəyanatı görmürük.

Bu gün Ermənistanda din xadimlərinə qarşı ciddi repressiya var. Nə qədər din xadimi həbs olunub. Niyə buna heç bir reaksiya yoxdur? Onlar siyasi baxışlarına görə təqib olunurlar.

Lakin nə üçünsə Qərb strukturları bu haqda indiyədək dinləmələr keçirməyib, heç bir sənəd qəbul etməyib. Əvəzində Aİ və Avropa Parlamenti Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil edir.

Ermənistan 1 milyonun azərbaycanlının evi, tarixi abidələrimiz Ermənistan tərəfindən dağıldıqda harada idi? Niyə bir dəfə də olsun dağıdılan 67 məscidlə bağlı bir bəyanat qəbul etmədi.

Ötən əsrin 80–ci illərində öz doğma yurdlarından deportasiya olunan azərbaycanlıların hüquqlarını müdafiə etmirlər? Niyə bununla bağlı qərar qəbul etmirlər. Bu gün Avropa ölkələrində islamofob meyillər sürətlə artır. Buna niyə reaksiya yoxdur? Niyə bunun qarşısı alınmır?”

Deputat bildirib ki, Aİ-nin müharibə cinayətkarlarına sevgisi bitmir:

“Təşkilat dəfələrlə Azərbaycana müharibə cinayətkarlarını azad etməyə çağırışlar edib. Halbuki onlardan biri Ruben Vardanyan Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri idi”.

E.Paşasoy


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.