"Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etməklə qeyri-obyektiv davranıb".
Demiryumruq.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasında deyib.
O bildirib ki, qətnamədə yer alan siyasi məhbusların mövcudluğu, akademik azadlıqların pozulması kimi ittihamları qətiyyətlə rədd edirik:
"İnsan hüquq və azadlıqlarının müdafiəsi yalnız dövlətin suverenliyi prinsiplərinə riayət edilməklə qorunmalıdır. Ölkəmizdə demokratik təsisatlar fəaliyyət göstərir. Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz".