Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı bəyanat qəbul edəcək.
Demiryumruq.az xəbər verir ki, məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bəyanatın qəbul edilməsi üçün Komissiya yaradılıb.
Şahin İsmayılov Komisisyanın sədri, Fəzail İbrahimli, Bəhruz Məhərrəmov, Zaur Şükürov və Pərvanə Vəliyeva isə Komisisyanın üzvləri seçiliblər.