Xəbər lenti
Dəmir yumruq » Siyasət » Prezident İlham Əliyev Bəhreyn Kralına məktub ünvanlayıb
Siyasət / 16-12-2025, 08:53

Prezident İlham Əliyev Bəhreyn Kralına məktub ünvanlayıb

 

Prezident İlham Əliyev Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə məktub ünvanlayıb.

Demiryumruq.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu il Azərbaycanın Bəhreyndə Səfirliyinin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsi, böyük potensiala malik əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsinə verdiyimiz önəmin təzahürüdür.

İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq qarşılıqlı etimad və hörmət üzərində qurulmuş Azərbaycan-Bəhreyn ənənəvi dostluq əlaqələrinin və əməkdaşlığının dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.