Türkiyənin Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Demiryumruq.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında məlumat verilib.
"Azadlıq və müstəqillik hər bir millətin milli sərvətidir.
Azərbaycanın ümummilli lideri mərhum Heydər Əliyevi vəfatının 22-ci ildönümündə rəhmət və ehtiramla yad edirik.
Mərhum Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" sözlərini nəsildən-nəslə bir miras kimi ötürəcək, həmişə Azərbaycandakı türk qardaşlarımızla birlikdə olmağa davam edəcəyik", - paylaşımda qeyd olunub.