Dəmir yumruq » Siyasət » Rusiyadan Ermənistana açıq TƏHDİD
Siyasət / Bugün, 09:47

Rusiyadan Ermənistana açıq TƏHDİD

 

Ermənistan nə vaxtsa Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq.

Demiryumruq.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

O, Rusiya biznesinin Ermənistana münasibətinin dəyişdiyini bildirib. Qeyd edib ki, hər iki ittifaqda eyni vaxtda qalmağın mümkün olmadığını bildirib.

“Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına gəlincə, biz bu barədə dəfələrlə danışmışıq. Hesab edirik ki, eyni vaxtda iki inteqrasiya birliyinə üzvlük bir araya sığmır. Nə vaxtsa Ermənistan xalqı seçim etməli olacaq”, - A.Overçuk əlavə edib.

Onun sözlərinə görə, ümumilikdə Ermənistan və Rusiya yaxşı əlaqələr saxlayır, lakin 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb.

“Rusiya və Ermənistan arasında qarşılıqlı ticarətdən danışırıqsa, bu il Ermənistanla iqtisadi ticarətin azalmasının şahidi olduq. Yadınızdadırsa, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 12,4 milyard dollar olub. Bu il, çox güman ki, 6 milyard dollara çatacaq. Bu, çox nəzərə çarpan azalmadır”, - Rusiya baş nazirinin müavini vurğulayıb.

Overçukun sözlərinə görə, “Rusiya biznesmenləri Ermənistanla işləməyə ehtiyatla yanaşmağa başlayıblar”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.