Dəmir yumruq » Siyasət » Mirzoyan: “Etimadı cəmiyyətlər yaradır, təkcə hökumətlər yox”
Siyasət / Dün, 08:09

Mirzoyan: “Etimadı cəmiyyətlər yaradır, təkcə hökumətlər yox”

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrini dialoqa və səbrə çağırıb, vurğulayıb ki, xalqlar arasında etimad məhz bu yolla möhkəmlənir.

Musavat.com xəbər verir ki, Brüsseldə “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun sammitində çıxış edən nazir bildirib ki, Cənubi Qafqazda artıq sülhün yalnız hipotetik imkanından deyil, artıq əldə olunmuş sülhdən danışılır.

Mirzoyan qeyd edib ki, sülh təkcə müharibənin olmaması deyil: “Hökumətlər sazişlər imzalaya bilər, amma etimadı yaradan cəmiyyətlərdir. Həqiqi dialoq və barışıq sizin əlinizdədir”. O, həmçinin son vaxtlar İrəvan və Bakıda Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında baş tutan birbaşa təmasları alqışlayıb və bunları dayanıqlı sülhə doğru mühüm addım kimi dəyərləndirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.