Dəmir yumruq » Siyasət » Prezident növbədənkənar seçkiləri anons etdi
Siyasət / Bugün, 07:38

Prezident növbədənkənar seçkiləri anons etdi

Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ilin sonunda ölkədə parlament və ehtimal ki, prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.

Demiryumruq.az xarici KİV-ə istinadən xəbər verir ki, Vuçiç bazar ertəsi jurnalistlərə bildirib:

"Rəsmi olaraq seçki ilinə qədəm qoyduq; bir il ərzində seçkilərimiz olacaq. İndi qalan tək şey seçkilərə hazırlaşmaqdır. Kimin, neçə blokun, necə və hansı namizədlərin iştirak edəcəyini görəcəyik. Görəcəyik ki, yalnız parlament seçkiləri olacaq, yoxsa prezident seçkiləri də... Səlahiyyətli qurumlar (prezident və parlament sədri - red.) buna qərar verəcəklər".

Ölkədəki etirazlar fonunda Serbiya dövlət başçısı əvvəllər erkən parlament seçkilərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində keçiriləcəyini bildirmişdi. Ötən bazar günü Neqotin, Seçanj və Mionitsa bələdiyyələrində bələdiyyə seçkiləri keçirilib və ilkin məlumatlara görə, hakim Serbiya Tərəqqipərvər Partiyası (SPP) qalib gəlib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.