Dəmir yumruq » Siyasət » Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü
Siyasət / Bugün, 08:21

Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü

 

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.

Demiryumruq.az xəbər verir ki, görüş Vahid Cəlalzadənin Bakıya səfəri çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

XİN rəhbərinin müavini bildirib ki, ölkələr arasında dərin əlaqələr İran və Azərbaycan Respublikası xalqları üçün dəyərli sərvətdir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.