İsraildə Azərbaycan və İsrail Müştərək Komissiyasının 4-cü iclası keçirilib.
Bu barədə Azərbaycanın İsraildəki səfirliyinin X hesabında məlumat verilib.
Komissiyanın iclasına Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və israilin maliyyə naziri Zeev Elkin həmsədrlik edirlər.
Qeyd edək ki, bundan əvvəl Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Gideon Saarla görüş keçirmişdi.
***
İsrail Dövlətinə işgüzar səfər çərçivəsində Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclası keçirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.
"Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin təşviqini vurğulayaraq ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma, turizm və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını müzakirə dəyərləndirdik. Bu addımlar iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın möhkəmləndirilməsinə dair ortaq hədəflərimizi əks etdirir", - nazir qeyd edib.