Dəmir yumruq » Siyasət » Məmurların əsas missiyası və Prezident İlham Əliyevin onlardan tələbi
Siyasət / Manşet / 17-11-2025, 09:25

Məmurların əsas missiyası və Prezident İlham Əliyevin onlardan tələbi

 

"Əvvəllər bölgələrdə əsas problemlər infrastrukturla bağlı idi. İndi dövlətin xətti ilə o məsələlərin hamısı həllini tapıb. Magistral və şəhərlərarası yollar çəkilib, təmir olunub. Kənd yollarının 70-80 faizi standartlara cavab verir. Elektrik, su, qaz kimi kommunal problemlər həllini tapıb. Hazırda əsas problemlərdən biri insanları paytaxta köçməyə məcbur edən işsizlikdir".

Bu barədə Baku TV-nin "Yekunlaşdıraq" verilişində bildirilib.

Proqramda Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən səsləndirdiyi fikirlər xatırladılıb:

"Yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir".

Vurğulanıb ki, yeni məmurların əsas missiyalarından biri məhz bu olmalıdır. Problemin həlli üçün məsələyə kompleks və köklü şəkildə yanaşmaq lazımdır:

"Aydınlaşdırmaq gərəkdir ki, rayonun işgüzar potensialının reallaşmasına nə mane olur? Bəzi hallarda hətta yerli biznesə dəstək vermək də yox, sadəcə, mane olmamaq bəs edər".

Ətraflı - Baku TV-nin videomaterialında:



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.