Dəmir yumruq » Siyasət » Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçirilir
Siyasət / 17-11-2025, 07:49

Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçirilir

Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirilib.

Demiryumruq.az xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilən bu tədbirin mövzusunu “inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” təşkil edir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. Müraciətdə Azərbaycanın qlobal rəqəmsal inkişafın təşviqinə və hamı üçün inklüziv bağlantının təmin edilməsinə sadiqliyi vurğulanıb.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.