Regional kommunikasiyalar açıldıqdan sonra Rusiya Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu yük daşımalarını həyata keçirə biləcək.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Orbeli: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” illik beynəlxalq forumunda çıxışı zamanı deyib.
“Hazırda Rusiyanın Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu nəqliyyatı təmin edə biləcəyi ilə bağlı müzakirələr aparılır”, - Paşinyan bildirib.