Dəmir yumruq » Siyasət » Milli Məclis Fərman Abbasovun vəzifədən azad edilməsini təsdiqlədi
Siyasət / Manşet / Bugün, 10:04

Milli Məclis Fərman Abbasovun vəzifədən azad edilməsini təsdiqlədi

 

Milli Məclis Naxçıvan Ali Məhkəməsinin hakimi Fərman Abbasovun vəzifəsindən azad edilməsini təsdiqləyib.

Demiryumruq.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, Fərman Məmməd oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Xatırladaq ki, Fərman Abbasov 2013-cü ildən Naxçıvan MR Ali Məhkəməsinin hakimi idi.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.