Dəmir yumruq » Siyasət » Azərbaycanla Estoniya arasında iqtisadi əlaqələrin inkişafı müzakirə olundu
Siyasət / Bugün, 09:37

Azərbaycanla Estoniya arasında iqtisadi əlaqələrin inkişafı müzakirə olundu

 

Estoniyanın xarici işlər naziri ilə görüşdə biznes, ticarət və investisiya əlaqələrinin inkişafı imkanları nəzərdən keçirilib.

Teleqraf xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov qarşılıqlı rəsmi səfərlər, keçirilən görüşlər və işgüzar dairələrin iştirakı ilə reallaşdırılan tədbirlərin tərəfdaşlığın möhkəmləndirilməsində rolunu vurğulayıb. Qeyd edilib ki, Estoniya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Bu ilin yanvar-sentyabr ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb. İnvestisiya üzrə işbirliyi də bu ölkə ilə iqtisadi münasibətlərdə önəmli istiqamətlərdəndir. Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 65-dək Estoniya şirkəti qeydiyyatdadır. İkitərəfli əməkdaşlıqda enerji, o cümlədən alternativ enerji, nəqliyyat, İKT, əczaçılıq və digər istiqamətlərdə birgə fəaliyyətin gücləndirilməsi imkanları qeyd olunub.

Tərəflər biznes, ticarət və investisiya əlaqələrinin inkişafı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrə Estoniya şirkətlərinin iştirak etməsi, özəl sektorda rəqəmsal həllərin tətbiqi sahəsində təcrübə və bilik mübadiləsi imkanlarını dəyərləndiriblər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.