Dəmir yumruq » Siyasət » Paşinyan İlham Əliyevə təşəkkür etdi: “Bu, olduqca mühüm addımdır"
Siyasət / 22-10-2025, 08:58

Paşinyan İlham Əliyevə təşəkkür etdi: “Bu, olduqca mühüm addımdır"

 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Musavat.com xəbər verir ki, Paşinyan Tiflisdə keçirilən V “İpək Yolu” Forumunda çıxışı zamanı qeyd edib ki, Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması çox mühüm bəyanatdır.

“Bu, son dərəcə vacib addımdır və mən Azərbaycan prezidentinə bu qərarına görə minnətdarlığımı bildirirəm. Həmçinin bu razılaşmanın əldə edilməsindəki rollarına görə Qazaxıstan prezidentinə və Gürcüstanın baş nazirinə də təşəkkür edirəm,” – deyə Paşinyan bildirib.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.