Dəmir yumruq » Siyasət » Rəsul Quliyev Azərbaycana qayıdır? - Açıqlama
Siyasət / Bugün, 12:48

Rəsul Quliyev Azərbaycana qayıdır? - Açıqlama

 

Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsinin 30 ildən sonra ilk dəfə Bakıya gəlməsi maraqla qarşılanıb. Məlumatın ardınca R.Quliyevin də Azərbaycana qayıdıb-qayıtmayacağı müzakirə obyekti olub.

Demiryumruq.az xəbər verir ki, Gələcək Azərbaycan Partiyasının sədri, Rəsul Quliyevin ailəsinə yaxın olan Ağasif Şakiroğlu Globalinfo.az-a açıqlamasında onun Azərbaycana qayıtmaq niyyəti və təşəbbüsünün olmadığını bildirib.

A.Şakiroğlu Rəsul Quliyevin ailəsinin mühacir olub-olmaması məsələsinə də aydınlıq gətirib:

“Sabiq spikerin ailə üzvlərinin hamısı mühacir həyatı yaşamır. Onların arasında təhsil almaq məqsədi ilə köçənlər də var. Rəsul Quliyev ailəsi ilə birlikdə artıq 30 ilə yaxındır ki, ABŞ-da yaşayır”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.