Xəbər lenti
Dəmir yumruq » Siyasət » 431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb
Siyasət / Manşet / 15-07-2024, 16:12

431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb

 

431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib

"Deputatlığa namizədliyi irəli sürülən 261 nəfərin namizədliyi təsdiqlənib, onlardan 213 nəfərə imza vərəqi verilib.

9 nəfər imza vərəqələrini dolduraraq namizədliyin qeydə alınması üçün geri qaytarıb", - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.