Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan lideri Kasım-Jomart Tokayevi Azərbaycana dəvət edib.
Bu barədə ölkə rəhbəri Qazaxıstanda həmkarı Kasım-Jomart Tokayevlə görüşündə bildirib.
Ölkə rəhbəri bildirib ki, Füzulidə tikilməkdə olan "Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi"nin tikintisi sürətlə davam edir:
"Həmçinin, qərarınızla Füzuli şəhərində "Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi"nin tikintisinə görə Sizə təşəkkürümü bildirirəm. Hazırda tikinti intensiv şəkildə aparılır. Sizi uşaq yaradıcılıq mərkəzinin açılışı tədbirinə dəvət etmək istərdim. Azərbaycan xalqı hər şeyə görə qardaş Qazaxıstan xalqına minnətdardır", - deyə dövlət başçısı qeyd edib.