Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də (seçki günü) türk xalqını gələcəyini qorumağa və düzgün qərar verməyə çağırıb.
Regionmedia.info.az xəbər verir ki, Ərdoğan terrorçularla əlbir müxalifətin Türkiyənin gələcəyini məhv edəcəyinə işarə edib.
"Yeddi-səkkiz nəfəri idarə edə bilməyənlərdən (müxalifət bloku “Altılı masa” nəzərdə tutulur – red.) 85 milyonluq vətəndaşı olan Türkiyəni idarə edəcəklərini gözləmək olmaz. Terrorçularla əl-ələ verənlərin ölkəmə verəcəyi heç nə yoxdur. Ölkəmizin nə müzakirələrə sərf etməyə vaxtı var, nə də kimisə gözləməyə səbri. Biz Türkiyəni və zəlzələ bölgəsindəki şəhərləri daim dava-dalaşda, bir-birinə çuxur qazan, görmə qabiliyyəti olmayan “qumar masası”nın rəhminə buraxa bilmərik. İnanıram ki, siz düzgün qərar verəcəksiniz”, – Ərdoğan qeyd edib.