Xəbər lenti
Dəmir yumruq » Siyasət » XİN Fransanın rəsmi qurumlarını təxribatçılığa son qoymağa çağırıb
Siyasət / 31-03-2023, 14:28

XİN Fransanın rəsmi qurumlarını təxribatçılığa son qoymağa çağırıb

XİN Fransanın rəsmi qurumlarını təxribatçılığa son qoymağa çağırıb






Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi” ilə qeyd edilən görüş qanunsuz rejimin təbliğatına hesablanıb və Azərbaycanın suverenliyi və ərazı bütövlüyünə qarşı fəaliyyət kimi qiymətləndirilir.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədrinin açıqlamasına dair "Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədri Loran Vokye Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi özünü təqdim edən Sergey Kazaryan ilə Yerevanda görüşü zamanı təmsil etdiyi regionun dəstəyi və bayrağı altında Fransanın erməni icmasının təşkilatları ilə birgə humanitar yardım konvoyunun Laçın yolundan keçirəcəyini bildirib. Bu fikirləri necə şərh edərdiz?" sualına cavabında deyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.