Xəbər lenti
Dəmir yumruq » Siyasət » Prezident İlham Əliyev: Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur
Siyasət / 23-03-2023, 22:59

Prezident İlham Əliyev: Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur

Laçın şəhərinin bütün infrastrukturu – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, 50 kilometrdən çox daxili yollar yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Laçın şəhəri Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, bir cənnət məkan olacaq. “Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.