Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub
Martın 20-də Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında bayram tonqalı qalanıb.
“DJ Kənan Drums” tərəfindən müxtəlif musiqilər səsləndirilib.
Aksiya iştirakçıları üçün, həmçinin bayram süfrəsi açılıb, Novruz təamları, o cümlədən kabab bişirilib.
Novruz tonqalının yaxınlığında səməni atributu yerləşdirilib, açılan bayram çadırında səməni, xonça və digər Novruz atributları düzülüb.
Ekofəallər bayram tonqalı ətrafında toplanıb, şən musiqi sədası altında rəqs edirlər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürür.