Xəbər lenti
Dəmir yumruq » Siyasət » Bakıda keçiriləcək islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans dünya mətbuatının diqqət mərkəzindədir
Siyasət / 12-03-2023, 21:25

Bakıda keçiriləcək islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans dünya mətbuatının diqqət mərkəzindədir

Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu tərəfindən Bakıda keçiriləcək İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans dünya mətbuatının, xüsusilə ərəbdilli KİV-lərin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Mərakeş “journalaswat.com”, “varpresse.ma” portallarında, Misirin “Əl-Hərir”, “wwnewss.com”, “rayetmisr.com”, “elalmelarby”, “alan-eg.com”, “wrkaanews.com” saytlarında, həmçinin dövlət qəzetinin internet versiyasında (“almessa.gomhuriaonline.com”), İraqın “www.agnaden.net”, “mustaqbl.net”, “mawtany.com”, eyni zamanda, "Əl-Rasid" internet qəzetində, İordaniyanın “nayrouz.com”, Sudanın “sinopanorama.net”, Böyük Britaniyanın “turkishpress.co.uk” və digər internet nəşrlərində yayımlanan məqalələrdə konfransın əsas məqsədi, iştirak edən ölkələr, müzakirə olunacaq məsələlər barədə məlumat verilir. Bildirilir ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Tədbirdə 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar.

Həmçinin xatırladılır ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ötən il 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.