Dəmir yumruq » Siyasət » Prezident İlham Əliyev Si Cinpini yenidən ÇXR-in Sədri seçilməsi münasibətilə təbrik edib
Siyasət / 11-03-2023, 18:12

Prezident İlham Əliyev Si Cinpini yenidən ÇXR-in Sədri seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Si Cinpini yenidən Çin Xalq Respublikasının Sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev səsvermənin yekdil nəticələrini Sədr Si Cinpinin şəxsinə olan böyük inam və etimadın, həyata keçirdiyi siyasi xəttə dəstəyin təzahürü, Çinin hərtərəfli inkişafı və rifahı yolunda genişmiqyaslı fəaliyyətinə və xidmətlərinə verilən yüksək qiymət kimi səciyyələndirib.

Azərbaycan Prezidenti Si Cinpinə möhkəm cansağlığı, xoşbəxtlik, Çin Xalq Respublikasının dost xalqının firavanlığı naminə məsul fəaliyyətində daim müvəffəqiyyətlər arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.