Dəmir yumruq » Siyasət » Moldova mətbuatı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Siyasət / 10-03-2023, 07:10

Moldova mətbuatı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Moldovanın nüfuzlu KİV-ləri martın 9-da Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumuna geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Realitatea”, “Rupor”, “Jurnal1”, “Noi” və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin forumun rəsmi açılışındakı çıxışındakı fikirlər işıqlandırılıb.

Məqalələrdə dövlət başçımızın çıxışına istinadla Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, hazırkı geosiyasi vəziyyətdə Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində etdiyi yardım, ixrac boru kəmərlərinin genişləndirilməsində Azərbaycanın atdığı addımlar vurğulanıb. Azərbaycanın Avropanın etibarlı tərəfdaşına çevrildiyi qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.