Dəmir yumruq » Müsahibə » Metronun "20 Sentyabr" stansiyası nə zaman istifadəyə veriləcək?
Müsahibə / Bugün, 11:58

Metronun "20 Sentyabr" stansiyası nə zaman istifadəyə veriləcək?

 

"Bakı Metropoliteni" QSC-nin tikilməkdə olan "20 Sentyabr" stansiyası gələn il istifadəyə veriləcək".
 
Bunu mətbuata açıqlamasında qurumun Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
 
Metronun 20 Sentyabr stansiyası nə zaman istifadəyə veriləcək?
 
Onun sözlərinə görə, stansiyanın tikintisi başa çatdırılıb, infrastruktur-quraşdırma işləri aparılır: "Hazırda stansiyada memarlıq üzlənmə işlərinin tamamlanması aparılır. İşlər qrafik üzrə qaydasında davam etdirilir. Gələn ilin birinci yarısına qədər stansiyanın tam istismara verilməsi planlaşdırılır".
 
M.Rzayev bildirib ki, bu ilin sonuna qədər stansiyanın tikinti-quraşdırma işləri başa çatdırılacaq, sonra stansiyada sınaq işlərinə başlanacaq.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.